mobil versiya

Rusiya və Belarus idmançıları III Avropa Oyunlarına buraxılmayacaq


Rusiya və Belarus idmançıları III Avropa Oyunlarına buraxılmayacaqlar.
"Report" xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, sözügedən ölkələrin təmsilçiləri yarışda heç bir statusda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək. Açılış mərasimi iyunun 21-də Krakovda olacaq.
KARUSEL / İDMAN
Tarix: 17-05-2023, 09:29