mobil versiya

Bakıda keçirilən Avropa tennis turnirinə yekun vurulub



Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa tennis turnirinə yekun vurulub.
Azərbaycan Tennis Federasiyası xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən turnir çərçivəsində son olaraq 18 yaşlı idmançıların yarışı keçirilib. Oğlanların yarışında Jakaz Kozbak, qızların mübarizəsində isə Kira Batakina birinci pillənin sahibi olublar.
Turnirdə Azərbaycan tennisçiləri Kənan Qasımov və İlham Baxşəliyev də mükafatçılar sırasında yer alıblar.
Tennisçilərimiz bu çıxışları ilə reytinq xalları əldə ediblər. Bu xallarla idmançılarımız beynəlxalq yarışlarda iştirak hüququ qazanacaqlar.
Millimizin baş məşqçisi Yalçın Manaflı yerli idmançılarımızın çıxışını yüksək qiymətləndirib. Sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi mübarizə aparıb. Onlar 12, 14, 16 və 18 yaş kateqoriyasında çıxış ediblər.

KARUSEL / İDMAN
Tarix: 30-05-2023, 16:48