II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

Açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.
Sonra ayrı-ayrı yazarların kitabları təqdim olunub. Minlərlə paytaxt sakininin qatıldığı festivalın bir həftə davam edəcəyi və hər gün türk dünyasının tanınmış müəllifləri ilə görüşlərin, imza mərasimlərinin keçirilməsi gözlənilir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-06-2023, 15:53