Türkiyə lirəsindən rekord eniş
Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.
İyunun 7-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 22,41 səviyyəsinə qədər yüksəlib. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 24,04 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 3% dəyər itirib. Son bir ayda isə lirə 12,9% ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 21.4565 TL, satış üzrə 21.4952 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 7-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0759 manata ticarət edilir.
KARUSEL / DÜNYA
Tarix: 7-06-2023, 10:21