mobil versiya

Üçüncü Avropa Oyunlarında iştirak edəcək qılıncoynadanlarımız müəyyənləşib



İyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında iştirak edəcək qılıncoynatma üzrə milli komandamızın heyəti açıqlanıb.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, 39 ölkədən 467 qılıncoynadanın qatılacağı turnirdə iştirakçılar şəxsi və komanda yarışlarında mübarizə aparacaqlar.
Qadınların sablya yarışında Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç, kişilərin mübarizəsində isə Saleh Məmmədov, Ayxan Xasıyev, Murad Əkbərov, Maqsud Hüseynli mübarizə aparacaqlar. Kişilərin şpaqa yarışında ölkəmizi Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov təmsil edəcəklər.
Qeyd edək ki, üçüncü Avropa Oyunlarında qılıncoynatma üzrə yarışlar iyunun 25-dən 30-dək keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 8-06-2023, 15:21