181 din xadiminin fəaliyyətinə xitam verilib
Azərbaycanda son bir il ərzində 181 din xadiminin fəaliyyətinə xitam verilib.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, son bir il ərzində din xadimləri üzrə 169 təyinat, 21 rotasiya olub.
G.İsmayılov həmçinin İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması ilə bağlı müsahibənin statistikası açıqlanıb.
Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib. Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib.
İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib".
KARUSEL / CƏMİYYƏT

Tarix: 21-06-2023, 12:24