Rusiya Zaporojye AES-də terror törətməyə hazırlaşır
Rusiya Zaporojye atom elektrik stansiyasında radiasiyanın yayılmasına səbəb ola biləcək terror aktı törətməyə hazırlaşır.
“Ukrainskaya Pravda“nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Dövlət başçısı deyib ki, bu barədə məlumatları Ukrayna Təhlükəsizlik Xidməti əldə edib.
“Atom elektrik stansiyalarında heç vaxt, heç bir yerdə terror aktları olmamalıdır. Bu dəfə də Kaxovkada olduğu kimi olmamalıdır. Dünyaya xəbərdarlıq edilib, bu o deməkdir ki, dünya hərəkətə keçə bilər və bunu etməlidir”, – Prezident Zelenski vurğulayıb.
KARUSEL / DÜNYA
Tarix: 22-06-2023, 13:14