mobil versiya

Azərbaycan BƏƏ-yə xırdabuynuzlu heyvan ixrac edəcək



Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə xırdabuynuzlu heyvanların ixracına razılıq alınıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəbər verir ki, bu istiqamətdə Səudiyyə Ərəbistanı və Qətər dövləti ilə də danışıqlar davam etdirilir.
Eyni zamanda Avropa ölkələrinə balıq kürüsü, dəri, yun, ilbiz və digər məhsulların idxalına icazə alınaraq ixracına başlanıb. Balıq və arıçılıq məhsulları üzrə aidiyyəti icazələrin alınması üzərində isə iş aparılır. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil edilən Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə bildirilib. Həmçinin qeyd olunub ki, heyvanların Türkiyə Respublikasına ixrac edilməsi üçün nodulyar dermatit xəstəliyinə görə qoyulmuş qadağa aradan qaldırılıb. İşçi və kəsim təsnifatına aid atların Qazaxıstan Respublikasına ixracatı bərpa edilib və atların Rusiya Federasiyasının ərazisi ilə quru yolla daşınmasına icazə alınıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-06-2023, 12:08