Hindistanın Azərbaycandakı Səfirliyi mənzərəli Bakı Bulvarında möhtəşəm yoqa tədbirinə ev sahibliyi edib

İyunun 21-də Bakı Bulvarı valehedici yoqa tədbirinə ev sahibliyi edib. “Bakının Gözü” attraksionu, “Alov Qüllələri” və “Dəniz Mall” ticarət mərkəzinə gözəl mənzərəyə malik bu məkanda Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün Hindistanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş bu tədbir insan ruhunun möhkəmliyinin və yoqanın bəxş etdiyi harmoniyanın sübutu olub.
Səfirlikdən verilən məlumata görə, tanınmış və istedadlı yoqa müəllimləri – Kənan Məmmədov, İradə Əliyeva və Elçin Quliyevdən ibarət üçlük təxminən 200 yoqa həvəskarının qoşulduğu möhtəşəm yoqa seanslarına rəhbərlik ediblər.
Əzəmətli “Bakının Gözü” attraksionunun qarşısında baş tutmuş bu tədbir Hindistandan olan istedadlı klassik musiqi ifaçısı Vasumathi Badrinathanın ifasında “Vande Mataram” adlı vətənpərvər hind mahnısı ilə başlayıb.
Sonra Hindistanın Azərbaycandakı Səfiri cənab Sridharan Madhusudhanan iştirakçıları salamlayıb. “Yoqa yalnız fiziki məşq deyil; yoqa fərdlərə və cəmiyyətə harmoniya gətirən vahid bir yanaşmadır”, - o deyib.

Bir-birini əvəz edən üç yoqa müəlliminin rəhbərliyi ilə aparılmış yoqa seansları zamanı iştirakçılar sanki özlərini yenidən kəşf etmək üçüb səyahətə çıxıblar. Kənan Məmmədov güc və çevikliyə diqqət yetirməklə sessiya start verib, İradə Əliyeva isə öz seansında tarazlıq və daxili sakitliyi vurğulayıb. Nəhayət, Elçin Quliyev iştirakçıları rahatlıq və özünüdərk vəziyyətinə gətirib.
Yoqa seanslarından sonra tamaşaçılar Dreamly Gogoinin rəhbərliyi ilə Hindistanın Assam ştatından gəlmiş Bihu rəqs qrupunun rəngarəng çıxışlarının şahidi olublar.
Tədbirdən sonra isə Hindistanın zəngin kulinariya müxtəlifliyinin dadını təqdim edən ləzzətli hind qəlyanaltıları təqdim edilib.

“Bakının Gözü” attraksionunun qarşısında keçirilmiş bu möhtəşəm yoqa finalına nəzər saldıqda aydın olur ki, bu tədbir nəinki yoqanın mahiyyətini tanıdıb, həm də Hindistan və Azərbaycan arasında mədəni əlaqələri dərinləşdirib. Çox sayda iştirakçının bu tədbirə qoşulması, onlardan hər birinin bu möhtəşəm bayramdan özlərinə bir xatirə aparması və onların yoqaya verdikləri dəyər bunun sübutudur.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 23-06-2023, 17:49