mobil versiya

Honkonq gömrükçüləri 192 milyon dollar dəyəri olan qaçaqmal saxlayıb



Honkonq gömrükçüləri ümumi dəyəri təxminən 192,3 milyon ABŞ dolları olan qaçaqmal aşkarlayaraq saxlayıblar.
Honkonqun “Sindao jibao” qəzeti məlumat verir ki, gömrükçülər gəmilərdən birində bəyan edilməmiş mallar aşkar ediblər. Ümumilikdə yük daşıyan 15 konteyner saxlanılıb. Onların içərisində elektronika, ərzaq məhsulları, şərab və nəsli kəsilmək təhlükəsində olan heyvanlar olub.
İlkin araşdırmaya görə, yük Sinqapurdan Çinə doğru gedirmiş. Qırx beş yaşlı kişi qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb.
KARUSEL / DÜNYA
Tarix: 26-06-2023, 09:45