mobil versiya

Meksikalı atletlər Bakıda




Bakı şəhərində 26-29 iyun tarixlərində baş tutacaq Fiziki Tərbiyə və İdman üzrə Məsul Ali Nümayəndələr və Nazirlərin Yeddinci Beynəlxalq Konfransı ilə əlaqədar iyunun 25-də Meksika nümayəndə heyəti Azərbaycan paytaxtına gəlib.
Meksikalı iki atlet, ultramarafon qaçışçıları Lorena və Mario Rodriqezlər həm Meksikanı, həm də mənsub olduqları - taraumara və ya raramuri icmasını şərəflə təmsil edirlər. Raramuri adının mənşəyi rara (ayaq) və muri (qaçmaq) sözlərindən yaranaraq qaçışçılar mənasını daşıyır. Raramurilər yüksək dözümlülüklə fərqlənən qaçışçılardır.
İcma Çixuaxua, eyni zamanda Duranqo və Sonora ştatlarının cənub-qərb ərazisindən keçən Qərb Ana Dağ silsiləsinin bir hissəsində məskunlaşır. Böyük bir ərazidə məskunlaşdıqlarına görə bu silsiləyə həmçinin Taraumara dağ silsiləsi də deyilir. İcmanın öz dili, həyat tərzi, ənənələri, geyimləri, əl işləri və s. var.
Dünya şöhrətli qaçışçı Lorena Ramirez bir neçə ultramarafonların qalibidir. Hazırda Meksikanın ən sürətli qadını hesab olunan Lorena idman fəaliyyətində uyğun paltar və ayaqqabılarından istifadə etməyərək, özünəməxsusluğu ilə rəğbət qazanmışdır. Belə ki, icmasına aid tipik paltar və uaraçe adlanan ayaqqabılarla 100 km-dən çox məsafələri qaçaraq dəf edir.
Çixuaxua dağ silsiləsində etdiyi ağır məşqlər sayəsində ayaqları müqayisə edilməyən gücə sahibdirlər. Çoban olduğu üçün mal-qarasının yanına getməkdən ötrü gündə ən azı 10 km qaçmalıdır.
Atletin göstərdiyi nümunə raramurilərin yeni nəsillərinə motivasiya verir. Meksikanın bu ərazisindən olan gənc yarışçılar uğurları ilə səs salacaqlar, necə ki, Lorena bütün dünyada sevgi və rəğbət qazanmışdır.


KARUSEL / İDMAN
Tarix: 26-06-2023, 13:44