mobil versiya

Kişineuda hava limanında atışma olub



Kişineuda hava limanında atışma olub.
Bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Kişinyov hava limanında bir neçə dəfə atəş açılıb, sərnişinlər və hava limanının əməkdaşları  təxliyə edilib.
“Sputnik” Moldova Telegram kanalı xəbər verir ki, hava limanı iflic vəziyyətinə düşüb, uçuşlar gecikir.
Nazirliyin məlumatına görə, atışma Moldovaya buraxılmayan əcnəbi tərəfindən təşkil edilib. Mətbuat onun Türkiyədən gəldiyini yazır. Ehtimal olunur ki, atışmaya səbəb həmin şəxsin Moldovaya buraxılmaması olub.
İndi həmin şəxs girovlarla birlikdə hava limanının binalarından birində barrikada qurub. Xüsusi təyinatlılar onu ələ keçirməyə hazırlaşır. Təcili yardım maşınları hava limanına gedir.
*******
Pulsmedia.md portalının məlumatına görə, hava limanında bir sərhədçi yaralanıb.
İlkin məlumata görə, təhlükəsizlik işçisinə xidməti tapançasından atəş açılıb. Onun səhhəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.
KARUSEL / DÜNYA
Tarix: 30-06-2023, 19:37