mobil versiya

Çində uşaq bağçasına hücum olub



Çinin cənubundakı Quandın vilayətində naməlum şəxs bıçaqla uşaq bağçasına hücum edib. Nəticədə 6 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Yerli media xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 7:40 radələrində Liencian şəhərinin Henşan qəsəbəsində baş verib. Ölənlər arasında uşaqların olması barədə hələ məlumat yoxdur.
Hücumu törətməkdə şübhəli bilinən 25 yaşında kişi saxlanılıb. Hələlik hadisənin motivləri bilinməsə də, polisin açıqlamasında hücumun qəsdən törədildiyi bildirilir.

KARUSEL / DÜNYA
Tarix: 10-07-2023, 09:32