mobil versiya

BMT qadınların səlahiyyətləndirilməsi prinsiplərini qəbul etmiş Azərbaycan şirkətləri üçün təlim təşkil edib



“Qadınların səlahiyyətləndirilməsi prinsiplərini qəbul etmək və bu prinsiplərə riayət etmək özəl şirkətlərin ölkələrin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərinə verdiyi töhfədir” – bu fikirlər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Qadınların səlahiyyətləndirilməsi prinsiplərini qəbul etmiş Azərbaycan şirkətləri üçün təşkil etdiyi təlimdə səsləndirilib.
20-yə qədər özəl şirkət nümayəndələrinin iştirak etdiyi praktiki təlimdə BMT-nin Qadınlar Təşkilatı və BMTİP-nin ekspertləri Azərbaycanda özəl şirkətlər tərəfindən daha çox qəbul edilən 2-ci - qadınlar və kişilər üçün işdə bərabər imkanlar, inklüzivlik və ayrı-seçkiliyin olmaması, 3-cü - sağlamlıq, təhlükəsizlik və zorakılıqdan azad iş mühiti, 5 - təchizat zənciri və marketinq təcrübələri və 6 - icma təşəbbüsləri və marketinq prinsiplər haqqında geniş nəzəri məlumatlar verərək və mövcud dünya təcrübəsindən nümunələr paylaşıblar.
"Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri əsas Dayanıqlı İnkişaf Məqsədlərindən olan gender bərabərliyinə nail olmaq üçün korporativ səviyyədə nümayiş etdirilə biləcək ən böyük dəstəyi ifadə edir. Bu prinsipləri qəbul edən özəl müəssisələr qadınları səlahiyyətləndirən təcrübələri inkişaf etdirərək "Gündəlik 2030"a öz töhfələrini verirlər,” - bu barədə BMT-nin İnkişaf Proqramının proqram direktoru Leyla Fəthi bildirib.
Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva ölkədə qadın sahibkarlıq ekosistemində mövcud problemlərə toxunub.

BMT Qadınlar Təşkilatının Gürcüstandan dəvət olunmuş eksperti və layihə analitiki Elene Gabelaia 5 və 6-cı prinsiplər üzrə sessiyalar keçirib.
Gürcüstanın “BIM³” MMC və MBC Mikromaliyyə Təşkilatının nümayəndələri Qvantsa Patsatsia və Ana Kuxaleişvili öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşüblər.
Qeyd etmək lazımdır ki, BMT-nin daha bir təşəbbüsü olan Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması” Layihəsi çərçivəsində Azərbaycanda təbliğ olunur. Layihə BMT-nin İnkişaf Proqramı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində indiyədək Azərbaycanda 20 özəl şirkət Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərini qəbul edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-07-2023, 15:46