mobil versiya

Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün isə 3000 manat dövlət rüsumu ödəmək tələb olunur


Milli Məclisdə “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.
Qanun layihəsi Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarına icazənin verilməsi üzrə dövlət rüsumları müəyyənləşdirilir.
Beləliklə, sənədə əsasən taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün 25 manat, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişindaşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün 75 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün isə 3000 manat dövlət rüsumu ödəmək tələb olunur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-07-2023, 12:32