mobil versiya

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən şəxslərin məhkəməsi başlayır



Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət üzrə məhkəməsi başlayır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının bu gün baş tutacağı gözlənilir.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, ötən ili noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.(report)

KARUSEL / CƏMİYYƏT
Tarix: 4-08-2023, 09:48