mobil versiya

Qərbi Azərbaycan İcması Fransanın şəhərlərini və regionlarını ikili standartlar siyasətindən çəkinməyə çağırıb


Qərbi Azərbaycan İcması Fransanın bir sıra şəhər və regionlarından toplanmış “yardım”dan ibarət yük maşınının Ermənistanın Azərbaycanla razılaşdırmadan “humanitar yük” adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşulmasını pisləyir.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, islamofobiyanın və Azərbaycanofobiyanın tüğyan etdiyi və son vaxtlar Afrika qitəsində bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlərə uğrayan Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək istəyir.
Qərbi Azərbaycan İcması Fransanın şəhərlərini və regionlarını bu kimi ucuz və gülünc əməllərdən, beynəlxalq hüquqa həqarət olan ikili standartlar siyasətindən çəkinməyə çağırıb.



KARUSEL / GÜNDƏM
Tarix: 10-08-2023, 16:32