mobil versiya

NİİM sürücülərə müraciət edib



Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yüksək sürətlə avtomobil idarə edən sürücülərə müraciət edib.
NİİM-in müraciətində deyilir:
“Yüksək sürət, düzgün manevr etməmə: “Yol Hərəkəti Haqqında” qanunda əksini tapmasına baxmayaraq, bir çox hallarda əksər sürücülərin diqqətə almadığı bu qaydalar sonda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Halbuki dəfələrlə xəbərdarlıq edilməsinə və bu istiqamətdə maarifləndirici videolar paylaşılmasına baxmayaraq, əfsuslar olsun ki, hələ də özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan hadisələr baş verir.
Sürücülərə bir daha xatırladırıq ki, “Yol Hərəkəti Haqqında” qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda diqqətli olmağı və yol hərəkəti qaydalarına əməl etməyə çağırır”.

KARUSEL / CƏMİYYƏT
Tarix: 15-08-2023, 12:33