Paytaxtda temperatur iqlim normasından 2.5 dərəcə aşağı olub - Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-nə olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib.
Qurumdan bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb.
Düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.
Qrız və Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.
KARUSEL / ÖLKƏ
Tarix: 11-09-2023, 10:22