mobil versiya

İndoneziya Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır


İndoneziya Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan bildirilib ki, bu barədə İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamidi 38-ci İndoneziya Ticarət Sərgisinin (TEI) təbliğatı məqsədilə Bakıda təşkil olunan “Business Meeting 2023” tədbirində deyib.
Səfir oktyabr ayında Cakarta şəhərində keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələr arasında ticarət tərəfdaşlığının inkişafı üçün yaratdığı imkanlar haqqında danışıb.



AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov agentliyin fəaliyyət istiqamətləri, o cümlədən xaricdə, xüsusilə Asiyada təşkil olunan sərgilərdə AZPROMO tərəfindən sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat verib. Qeyd edilib ki, ölkəmizin qeyri-neft ixracının şaxələndirilməsində İndoneziya bazarı mühüm perspektivlərə malikdir.
Tədbirdə İndoneziyada keçiriləcək 38-ci beynəlxalq TEI sərgisinin ölkələrimizin işgüzar dairələri arasında əməkdaşlığın intensivləşdirilməsi üçün yaratdığı imkanlar müzakirə olunub.
Qeyd edək ki, 18-22 oktyabr tarixində keçiriləcək 38-ci beynəlxalq İndoneziya Ticarət Sərgisi (TEI) seminar, B2B görüşlər və digər biznes platformaları özündə birləşdirən hibrid tədbirdir. Sərgidə enerji, kimya, qida, səhiyyə və tekstil sahələrini təmsil edən 1200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.




KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-09-2023, 13:00