Azərbaycan Sığortaçılar Assosiasiyası Pakistan Sığortaçılar Assosiasiyası ilə əməkdaşlıq edəcək
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Pakistan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı ilkin razılıq əldə olunub.
ASA-dan bildirilib ki, qurumun icraçı direktoru Elmar Mirsalayev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb. Görüşdə Elmar Mirsalayev ölkəmizdə sığorta sektorunun inkişafı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.
E.Mirsalayev, həmçinin 5 türkdilli ölkənin sığortaçılar bilriklərinin iştirakı ilə yaradılmış Türk Dünyası Sığorta Birliyi haqqında da danışaraq, təşkilatın regionda sığorta sahəsində əlaqələrin inkişafı və regional sığorta habının formalaşması istiqamətindəki əhəmiyyətindən söz açıb.
Səfir Bilal Haye isə öz növbəsində Azərbaycanın sığorta sektorunda həyata keçirilən islahatları yüksək qiymətləndirib. O, qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan sığorta bazarının Pakistanın sığorta sahəsində tətbiq etdiyi yeni beynəlxalq maliyyə hesabatı standartı təcrübəsindən faydalana biləcəyini, habelə iki ölkə arasında təkrarsığorta sahəsində münasibətlərin formalaşacağına ümid etdiyini bildirib.
Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Pakistan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı ilkin razılıq əldə olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-09-2023, 12:37