mobil versiya

Mafiya başçısı Matteo Messina Denaro İtaliya həbsxanasında ölüb



“Koza nostra” cinayətkar qruplaşmanın liderlərindən biri Matteo Messina Denaro İtaliyanın Lakuila şəhərindəki həbsxanada 63 yaşında vəfat edib.
Bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, o, 2020-ci ildən yoğun bağırsaq xərçənginin ağır formasından əziyyət çəkirdi. Bu ilin yanvarında tutularaq cəzaçəkmə müəssisəsinə salındıqdan sonra o, həbsxana xəstəxanasında iki dəfə əməliyyat olunub.

KARUSEL / DÜNYA
Tarix: 25-09-2023, 09:15