mobil versiya

“Ukrayna İranın PUA zavodlarına zərbə endirməyi təklif edib” – “The Guardian”



Ukrayna müttəfiqlərinə İranın “Şahid” pilotsuz uçuş aparatlarının (PUA) istehsal olunduğu zavodlara raket zərbələri endirməyi təklif edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Guardian” nəşri əldə etdiyi məxvi sənədlərə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunub ki, sözügedən sənəddə İranda, Suriyada, eləcə də Rusiya Federasiyasındakı zavodlara raket zərbələri endirməklə bağlı təklif yer alıb.
Həmçinin qeyd olunub ki, müttəfiqlər Ukraynanı lazımi döyüş vasitələri ilə təmin edərsə, bu əməliyyat Kiyev tərəfindən də həyata keçirilə bilər.

KARUSEL / DÜNYA
Tarix: 27-09-2023, 17:21