Azərbaycanla Qətər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Qətər tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
KARUSEL / SİYASƏT
Tarix: 6-10-2023, 18:02