mobil versiya

Zakir Həsənov orduya tapşıırıqlar verib



Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib. Hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelekron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib.
Müdafiə Naziriliyindən verilən məlumata görə, oktyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqamətinə dair qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi və müvafiq planların yenilənməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.
Müşavirədə, həmçinin qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının əhəmiyyəti qeyd edilib.
Azərbaycan Ordusunda keçirilən döyüş hazırlığı tədbirlərində yüksək texnologiya və xüsusi hazırlıqlı heyətin imkanlarından səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin ölkəmizdə keçirilən “Xəzri-2023”, “Eternity-2023” birgə təlimlərində və Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat bölüyünün 2-ci səviyyəli yenidən qiymətləndirilməsində əldə edilən yüksək nəticələr qeyd olunub.
Qış dövrü ərzində bölmələrin döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri, eləcə də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı qoşun növü komandanlarına müvafiq tapşırıqlar verilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 9-10-2023, 16:38