mobil versiya

Kimya fənnindən sınaq imtahanları üçün variantlar formalaşdırılıb



Oktyabrın 10-da Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.
İclasda qəbul imtahanı modelinə uyğun I və IV ixtisas qrupları üzrə sınaq imtahanları üçün kimya fənnindən hazırlanmış tapşırıqlar müzakirə olunub. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
Müzakirə nəticəsində I və IV ixtisas qrupları üzrə kimya fənnindən qəbul imtahanı modelinə uyğun sınaq imtahanları üçün variantlar formalaşdırılıb.
İşçi qrupunun növbəti iclası oktyabrın 17-də keçiriləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-10-2023, 17:43