mobil versiya

İslamabad polisi qeyri-qanuni mühacirlərdən 48 saat ərzində xüsusi düşərgəyə keçməyi istəyib



İslamabad polisi Pakistandakı bütün qeyri-qanuni mühacirlərdən 48 saat ərzində könüllü olaraq onlar üçün yaradılmış düşərgəyə keçməyi xahiş edib.
Əfqan qaçqınlar məskəni paytaxt İslamabadda iki sektoru əhatə edir və artıq 25 ilə yaxındır ki, 5000-dən çox əfqan qaçqınına ev sahibliyi edir.
"Dawn" bildirir ki, ölkədə qaçqınlar üçün 54, Xayber-Paxtunxvada 44, Bəlucistanda 9 və Pəncabda 1 rəsmi düşərgə qurulub. İslamabad və Sinddə onlar üçün rəsmi düşərgələr yoxdur.
Pakistan polisi indiyədək 1172 əcnəbinin vəziyyətini yoxlayıb və təsdiqləyib. Ümumilikdə onlardan 511-i qanuni sənədləri təqdim etməyib və növbəti məhkəmə tədbirləri üçün həbs edilib. Bununla bağlı müxtəlif polis bölmələrində əcnəbilərə qarşı 69 fakt qeydə alınıb.
KARUSEL / DÜNYA
Tarix: 11-10-2023, 09:59