Asiya İnkişaf Bankı və Bank Respublika yeni kredit müqaviləsi imzalayıb
Asiya İnkişaf Bankı (AİB) və Bank Respublika Açıq Səhmdar Cəmiyyəti 34 milyon manatlıq (20 milyon ABŞ dolları) kredit müqaviləsi imzalayıb.
Kredit Azərbaycanda qadın borcalanlara, habelə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarəti ilə məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək verəcək.
"Mikro, kiçik və orta sahibkarlıq subyektləri Azərbaycanda gəlirlərin artmasında və iş yerlərinin yaranmasında vacib rol oynayır, çünki işləyən əhalinin üçdə ikisindən çoxu bu subyektlərdə çalışır. Eyni zamanda qadın sahibkarların təxminən 40 %-i kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. Bank Respublika AİB-nin uzunmüddətli və etibarlı tərəfdaşıdır. Onun gördüyü işlər AİB-nin ərzaq təhlükəsizliyinə töhfə vermək, kənd təsərrüfatını gücləndirmək, eyni zamanda qadınların maliyyə, təlimlər və bazarlara çıxışına dəstək vermək məqsədləri ilə sıx uzlaşır. Bank Respublika ilə sıx tərəfdaşlığımızı davam etdirməkdə maraqlıyıq”, - AİB-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan bildirib.
AİB krediti dəstəkləmək üçün həm də manatla istiqrazlar buraxacaq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-10-2023, 09:58