mobil versiya

Azərbaycanın “Rosstandart”da saxlanılan sənədlərə çıxış əldə etmək imkanı olacaq



Azərbaycanın Rusiyanın Standartlar üzrə Federal İnformasiya Fondunda saxlanılan 39 min 123 sənədə çıxışı təmin olunacaq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xəbər verir ki, qurumun sədri Məmməd Abbasbəyli Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin (“Rosstandart”) Baş icraçı direktoru Anton Şalayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə yeni standartların ölkəmizdə bilavasitə tətbiqi məqsədilə Rusiyanın Standartlar üzrə Federal İnformasiya Fondunda saxlanılan 39 min 123 sənədə çıxışın təmin olunması barədə razılıq əldə edilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-10-2023, 14:15