mobil versiya

Dəyəri 15 min manatdan artıq olan zinət əşyalarının alqı-satqısı nağdsız qaydada olacaq



Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçiriləcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-10-2023, 18:52