mobil versiya

Qaston Samit: "Fransa müstəmləkəçilik siyasətini gizlədir"



"Qvadelupa xalqının mübarizəsi Fransanın müstəmləkəçilik siyasətini gizlətməsi ilə çətinləşir".
Bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Qaston Samit mətbuat konfransında bildirib.
“Onlar elə təəssürat yaratmağa çalışırlar ki, Qvadelupa və Martinik çox inkişaf etmiş regionlardır. Amma reallıq budur ki, gənclərimiz hazırda işsizdirlər. İşsizlik ucbatından narkotik aludəçisi olurlar. Maraqlıdır ki, Fransadan gələn qonaqlar asanlıqla iş tapırlar, yerli əhali isə işsizlikdən əziyyət çəkir”.
Sammitdə vurğulanıb ki, Qvadelupa və Martinikada fransızlar yüksək vəzifələr tutur, lakin yerli əhalinin nümayəndələri aşağı vəzifələrdə qalırlar.
Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcək.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.(report)

KARUSEL / SİYASƏT
Tarix: 19-10-2023, 15:45