mobil versiya

BŞTİ-yə oktyabr ayında 18 min 963 müraciət daxil olub


Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) oktyabr ayı ərzində 18 min 963 müraciət daxil olub.
Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 11 min 724 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 min 543 müraciət daxil olub.
BŞTİ-yə 2 min 895 sənəd (vətəndaşlar tərəfindən 1 031 ərizə, Elm və Təhsil Nazirliyindən 466, digər qurumlardan 250, tabelikdə olan təhsil müəssisələrindən 872 məktub və 276 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 801 elektron müraciətə baxılıb.
Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.


KARUSEL
Tarix: 1-11-2023, 15:25