Axtarışda olduğuna görə 123 nəfər saxlanılıb
Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
KARUSEL / HADİSƏ
Tarix: 3-11-2023, 10:50