mobil versiya

Qurbanqulu Berdiməhəmmədov: "Transxəzər nəqliyyat dəhlizlərinin genişləndirilməsi vacibdir"



"Transxəzər nəqliyyat dəhlizlərinin genişləndirilməsi vacibdir".
Bunu Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türk dövlətlərinin iqtisadi potensialının effektiv istifadə olunması zamanın tələbidir: “Nəqliyyat və logistika sistemi ölkələrimiz arasında vacib rol oynayır. Bu səbəbdən Türkmənistan son illər Asiya və Avropanı birləşdirəcək bir sıra layihələr təklif edib”.
Türk dövlətləri arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, bizim ölkələr həm ikitərəfli, həm də çoxtərəfli formatda vahid mövqedən çıxış edir: “Son dövrdə həm dünyada, həm də regionda böyük təhdidlərlə üz-üzəyik. Bu səbəbdən Türk dövlətlərinə öz səylərini birləşdirmək vacibdir”.(report)

KARUSEL / DÜNYA
Tarix: 3-11-2023, 12:07