mobil versiya

Naxçıvanda tibbi aksiyada 181 məhkum müayinədən keçirilib


Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sağlamlığının qorunması və tibbi təminatı diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən verilən məlumata görə, noyabrın 13-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə məhkumlar üçün tibbi aksiya təşkil edilib.
Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi həkim briqadası cəzaçəkmə müəssisələrində olaraq cəza çəkən bütün məhkumları və İstintaq Təcridxanasında saxlanılan şəxsləri kompleks müayinə ediblər. Onlardan qan analizləri götürülüb, kardioloji, dəri, zöhrəvi, göz, psixi və digər xəstəlikləri yoxlanılıb, eyni zamanda, USM və flüoqrafiya müayinələrindən keçirilib. Ümumilikdə 9 həkim tərəfindən 181 məhkum 267 müayinədən keçirilib, onlardan 7 məhkuma müalicə təyin edilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 13-11-2023, 17:58