Avropa İttifaqının müdafiə nazirləri görüşəcək
Avropa İttifaqının Xarici İşlər Şurası müdafiə nazirləri formatında bu gün Brüsseldə keçiriləcək iclasda Aİ-nin oktyabr sammitinin yekunları əsasında Ukraynaya dəstək məsələlərini nəzərdən keçirəcək.
Bu barədə iclasın materiallarında qeyd olunub.
"Nazirlərin Ukraynanın hazırkı geosiyasi kontekstdə Aİ üçün mütləq prioritet olduğunu bir daha təsdiqləmələri gözlənilir. Onlar son hadisələr, davamlı müdafiə yardımı və Aİ-nin Ukraynaya Hərbi Dəstək Missiyası (EUMAM Ukraine), Avropa Sülh Fondu (EPF) və 2023-cü ilin Mart Sursat Təşəbbüsü vasitəsilə təlimlərə dair fikir mübadiləsi aparmağa dəvət olunacaqlar", - deyə sənəddə bildirilib.
Sohbət, həmçinin “Ukraynanın müdafiəsinə yardım göstərmək üçün (Aİ dövlətləri tərəfindən) ikitərəfli səylər” haqqında olacaq.
KARUSEL / DÜNYA
Tarix: 14-11-2023, 09:28