mobil versiya

Azərbaycan Dövlət Film Fondunda görüş keçirilib



Azərbaycan Respublikasının Kino Agentliyinin bu il iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin tələbə alt istiqaməti üzrə məqbul hesab edilmiş layihələrlə bağlı tələbələrlə görüş keçirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqənin bu istiqaməti üzrə layihələrin həyata keçirilməsi prosesinin təşkili Agentlik tərəfindən Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərova həvalə edilib.
Azərbaycan Dövlət Film Fondunda keçirilən görüşdə Elxan Cəfərov tələbələrlə istehsalat prosesi ilə bağlı təcrübələrini bölüşüb.
Növbəti görüşlərdə layihələrin təkmilləşdirilməsi və istehsalata hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, film layihələri müsabiqəsinin ikinci mərhələsinin yekununda tələbə alt istiqaməti üzrə 16 layihə məqbul hesab edilib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-11-2023, 17:31