mobil versiya

Daha 91 nəfər Zabuxa yola salınıb



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 91 nəfərin köçü başlayıb.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.
Qeyd edək ki, noyabrın 18-də Zabuxa daha 25 ailə - 103 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bununla da bu günədək Zabuxda ümumilikdə 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

KARUSEL / CƏMİYYƏT
Tarix: 20-11-2023, 09:06