Şəkidə 31 odlu silah aşkar olunaraq götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin 31 odlu silahdan 4-ü “Kalaşnikov” markalı avtomat, 1-i “Makarov” markalı tapança, 2-si “TOZ” markalı yivli tüfəng, 24-ü isə müvafiq icazələri olmadan saxlanılan müxtəlif markalı ov tüfəngləri olub.
2023-cü il ərzində isə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş əməliyyat və profilaktiki tədbirlər nəticəsində 6-sı avtomat, 5-i tapança, 8-i yivli “TOZ” , 70-i isə müxtəlif markalı yivsiz tüfənglər olmaqla ümumilikdə 85 odlu silah müəyyən edilərək götürülüb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 22-11-2023, 09:07