mobil versiya

Nəqliyyatı Əlaqələndirmə Şurasının vəzifələri müəyyənləşib



Nəqliyyatı Əlaqələndirmə Şurasının vəzifələri müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında əsasnamədə əksini tapıb.
Əsasnaməyə əsasən həmin vəzifələr aşağıdakılardır:
- Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında əsaslandırılmış qərar qəbul etmək;
- ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi zolaqların müəyyən edilməsi və ləğv olunması barədə əsaslandırılmış qərar qəbul etmək;
- avtomobil yollarında sürət həddinin müəyyən olunması barədə əsaslandırılmış qərar qəbul etmək;
- piyada infrastrukturunun inkişafı və əlçatanlığı, habelə velosiped və elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi istiqamətində zəruri tədbirlər (parklanma və hərəkət üstünlüyünün verilməsi, enerjidoldurma məntəqələrinin, habelə yeraltı və yerüstü dayanacaq məntəqələrinin sayının artırılması və sair) görülməsini təşkil etmək və görüləcək işləri əlaqələndirmək;
- nəqliyyat sektorunun ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək;
- dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkilinə dair təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

KARUSEL / CƏMİYYƏT
Tarix: 22-11-2023, 17:36