mobil versiya

Bakıda Milad Xeyriyyə Bazarı keçiriləcək



Uzun zamandan sonra ilk dəfə Bakıda Milad Xeyriyyə Bazarı olacaq. Bakının diplomatik icmasının builki beynəlxalq Milad bazarı sabah Kapellhausda baş tutacaq.
Milad Xeyriyyə Bazarı Azərbaycanda fəaliyyət göstərən müxtəlif səfirliklər tərəfindən təşkil olunub.
Gəlirlər, digərləri ilə yanaşı, xeyriyyə məqsədləri aşağıdakı mərkəzlərə veriləcək:
- Sağlamlıq imkanları məhdud uşaqlar üçün "Müşviq" mərkəzi
- Məişət zorakılığından qaçan qadınlar üçün Temiz Dünya Sığınacağı
- ''İşıqlı Ev'' Küçə Uşaqları Mərkəzi
- Tereza Ana adına kimsəsizlər üçün sığınacaq evi 

Ünvan: Kapellhaus (28 May küç. 35),  25 noyabr 2023, saat 14.00-18.00. 
Giriş haqqı 2 AZN
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-11-2023, 09:23