mobil versiya

Zəngilanda mina və silahlar tapılıb



Zəngilan rayonunda 18 mina, 8 silah aşkarlanıb

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumabaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edib və müvafiq qaydada götürüb.

Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 24-11-2023, 09:42