mobil versiya

“Azərbaycan kinosunun üslubu” kitabı nəşr olunub



AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Füzuli Mustafayevin “Azərbaycan kinosunun üslubu” kitabı çap olunub.
Kitabda Azərbaycan kinosunda tələffüz üslubları, kino dilində sözün üslubu və semantik izahı, kino dilinin bəzi qrammatik xüsusiyyətləri, “O olmasın, bu olsun”, “Nəsimi”, “Arşın mal alan” və sair bədii filmlərin üslubi və semantik imkanları araşdırılıb. Qeyd edilib ki, bu gün şifahi ədəbi dilimizin inkişafında və mənimsənilməsində ayrı-ayrı filmlərin xüsusi rolu var. Kino dili canlı danışıq dili ilə şifahi ədəbi dil arasında müntəzəm qarşılıqlı əlaqə yaradır.
Kitabın baş redaktoru professor Nadir Məmmədli, elmi redaktoru professor İsmayıl Məmmədli, rəyçiləri filologiya elmləri doktorları Nəriman Seyidəliyev və Aslan Bayramovdur.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-11-2023, 15:24