mobil versiya

Putin Çin liderinə Ukraynada müharibənin daha 5 il davam edəcəyini deyib



Vladimir Putin bu ilin martında Moskvada səfərdə olan Çin lideri Si Cinpinə bildirib ki, Ukraynaya qarşı müharibə daha 5 il davam edəcək.
Bunu diplomatik mənbələr “Nikkei Asia”ya bildiriblər.
Nəşrin yazdığına görə, Putin bu barədə çinli həmkarına 2023-cü ilin martında deyib və bu sözlərin məqsədi o vaxt Rusiya üçün əlverişsiz olan vəziyyəti ümumiləşdirmək olub. Putin Si Cinpini Rusiyanın sonda qalib gələcəyinə inandırmağa çalışıb.
“Putinin bəyanatının ehtimal olunan konteksti ondan ibarət idi ki, uzun sürən müharibə yaxşı silahlanmış tərəfdaş Çinə fayda verəcək. Digər tərəfdən, bu, Çin liderin rusiyayönlü mövqeyini dəyişməmək üçün xəbərdarlıq idi”, – nəşr qeyd edir.
Nəşr onu da istisna etmir ki, Putinin 2024-cü ilin mart seçkiləri öncəsi atəşkəs və ya razılaşmaya doğru irəlilədiyi illüziyası yaratmağa çalışması tamamilə mümkündür, çünki bu, onun üçün əlverişli vəziyyət olacaq.
Qəzet yazır ki, Putinin bəyanatından sonra Çin öz strategiyasına yenidən baxıb: “Rusiya və Ukrayna arasında müharibə davam edərsə, bu, Çin liderinin planlarına və ambisiyalarına, eləcə də onun Tayvanı Çinə inteqrasiya etmək kimi daha geniş məqsədinə təsir göstərə bilər”.
Bu arada, hələ Si Cinpinin Moskvaya səfərindən əvvəl NATO Baş katibi Yens Stoltenberq Qərbi Rusiya ilə Ukrayna arasında uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırmışdı. Baş katib hesab edir ki, Moskva bütün Ukrayna ərazisinə nəzarəti bərqərar etmək planlarından əl çəkmir.

KARUSEL / DÜNYA
Tarix: 28-12-2023, 17:44