Azərbaycan nefti bahalaşıb

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,22 dollar və ya 0,25 faiz artaraq 86,5 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-02-2024, 10:05