mobil versiya

Pakistanda silahlıların hücumu nəticəsində azı 10 polis öldürülüb



Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb, 6 nəfər yaralanıb.
Yerli media əyalət polis rəisinə istinadla xəbər verir ki,  30-dan çox yaraqlı üç istiqamətdən hücum edib və atışma 2,5 saat davam edib.
Fevralın 8-nə təyin edilmiş Milli Assambleyaya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik orqanlarına seçkilər ərəfəsində gərginliyin artması ilə Pakistanda zorakılıq halları çoxalıb.

KARUSEL / DÜNYA
Tarix: 5-02-2024, 09:12