Bələdiyyələrin 95 faizinin xəritəsi hazırdır
Azərbaycanda bələdiyyələrin 95 faizinin xəritəsi hazırdır.
Bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu xəritələrin müvafiq dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir:
"İqtisadiyyat Nazirliyindən bizə bildirilib ki, iş 95% bitib, amma xəritənin hazırlanması prosesin bitməsi demək deyil. Proses razılaşmalardan sonra bitəcək, bu sahədə intensiv iş gedir. İqtisadiyyat Nazirliyi bu işi yekunlaşdırmaq əzmindədir. Amma özünüz də bilirsiniz ki, sərhəd məsələsi də hər zaman mübahisələr olur. Bu həm rayonlar, həm bələdiyyələr arasında var".
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-02-2024, 14:32