mobil versiya

“HƏMAS kompromisə hazırdır, amma...” - Təşkilat işğalı dayandırmağa çağırır



“Biz istəyirik ki, bu insanlar geri dönsün. Biz istəyirik ki, bizim məhbuslar dərhal evə dönsünlər. Ona görə düşünürəm ki, biz tam kompromisə, həm hərbçi, həm də mülki girovları qaytarmağa və İsraillə onun saxladığı bütün bizim məhbusları azad etməsinə dair razılaşmaya hazırıq”. 
“AzPolitika.info” xəbər verir ki, bunu HƏMAS təşkilatının sözçüsü Qazi Hamad NBC News-a müsahibəsində deyib.
Bununla yanaşı, HƏMAS təmsilçisi deyib ki, təşkilat sona qədər İsraillə döyüşməyə hazırdır və bunun üçün onun bütün hüquqi əsasları var.
Hamad həmçinin bildirib ki, İsrail işğalı dayandıracağı təqdirdə danışıqlar aparmaq, əsirlərin dəyişdirilməsi də daxil olmaqla, razılaşma imzalamaq olar. Lakin İsrailin HƏMAS-ın şərtlərilə razılaşacağı inandırıcı görünmür.
Hamad jurnalistin HƏMAS-ın nədən oktyabrın 7-də dinc insanları öldürdüyünə dair sualına cavab verməkdə isə çətinlik çəkib. O, deyib ki, İslam dininə görə dinc insanlara ziyan vurmaq, onları öldürmək olmaz: “Amma birinci gün insanlar həmin ərazilərə, boş sahəyə daxil olanda, adamları gördülər və hansısa çətinliklər yarandı...”
HƏMAS təmsilçisinin bununla nə demək istədiyi qaranlıq qalıb.

KARUSEL / DÜNYA
Tarix: 3-11-2023, 15:05