Manatla pul kütləsi əhəmiyyətli dərəcədə artıb
2024-cü il fevralın 1-nə Azərbaycanda manatla pul kütləsi ötən ilin analoji dövrü ilə müqayisədə 5,32 milyard manat və ya 18,4 faiz artaraq 28,914 milyard manatdan 34,235 milyard manata çatıb.
Bu barədə Mərkəzi Bank xəbər verir.
Bankın məlumatlarına əsasən, tədavüldə olan nağd pul kütləsi (M0) il ərzində 2,158 milyard manat (16,28 faiz) artaraq 13,258 milyard manatdan 15,416 milyard manata çatıb. Genişlənmiş pul kütləsi (M3) isə əvvəlki il ərzindəki 42,014 milyard manatla müqayisədə 2,883 milyard manat (6,86 faiz) artaraq 44,898 milyard manata çatıb
İl ərzində sövdələşmələr üçün məbləğlər (M1) 4,078 milyard manat (16,51 faiz) artaraq 24,707 milyard manatdan 28,785 milyard manata çatıb.
Pul bazarının parametrləri (manatla) aşağıdakı cədvəldə göstərilib:
Pul bazarının parametrləri | 2024-cü il fevralın 1-nə olan həcm | 2023-cü il fevralın 1-nə olan həcm |
Genişlənmiş pul kütləsi (М3) | 44 898 700 000 | 42 014 800 000 |
Manat ifadəsində pul kütləsi (М2) | 34 235 300 000 | 28 914 800 000 |
Sövdələşmələr üçün məbləğlər (М1) | 28 785 700 000 | 24 707 303 000 |
Tədavüldə olan nağd pul vəsaiti (М0) | 15 416 500 000 | 13 258 000 000 |
Manat ifadəsində nağd pul kütləsi | 13 369 200 000 | 11 449 300 000 |
KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-02-2024, 14:30