mobil versiya

Bakıda kriminogen durum nə yerdədir? – RƏSMİ AÇIQLAMA



Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ildən-ilə genişlənir. Ölkəmizin hər yerində olduğu kimi, paytaxtın polis orqanları tərəfindən də narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə REPORTYOR.AZ-a bildirib ki, bu istiqamətdə kriminogen durum fasiləsiz izlənilir, təhlil edilir, baş verən dəyişikliklərlə əlaqədar adekvat tədbirlər görülür, narkotik cinayətlərinin uçotu aparılır:
"Paytaxt rayonları üzrə 2019-cu ilin 10 ayı ərzində narkotiklərlə bağlı 1091 cinayət faktı aşkar olunmuşdur ki, onlardan 393-ü satışla əlaqəlidir. Qanunsuz dövriyyədən 337 kq-dan çox narkotik vasitə çıxarılmışdır".

Nazirlik rəsmisi əlavə edib ki, planlı şəkildə həyata keçirilən təşkilati-praktiki tədbirlər, o cümlədən profilaktik işin gücləndirilməsi, cinayət və hadisələr barədə məlumatlara vaxtında və çevik reaksiya verilməsi cinayətkarlığın dinamikasında müsbət dəyişiklikləri şərtləndirir:
"Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən etibarlı müdafiəsi paytaxtın bütün rayonları əhatə edir. Ona görə cinayətkarlığın artım indeksində paytaxtın rayonları arasında kəskin fərqlənmə yoxdur. Bu gün maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün çağırış və təhdidlərinə adekvat cavab verir".

KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 16-12-2019, 16:00